5 Kasım 2012 Pazartesi

Kosmonavtlar yaşayacaq


Kosmonavtlar yaşayacaq


qırıq planet və uşaq
iki yetişkin oyuncaq
Kosmonotuli
ucmaq həvəsi
buludsuz səma qarşısında
ulduzlar daha yaxın
uçmaq...uçmaq...uçmaq
cavab gəldi
vaxtdır
qalxış zamanı
ürək bulanma
baş agrısı, gicəllənmə
qalxıb endi
iki künc və bir bucaq
istəyərkən qusmaq
balaca gəminin açıq pəncərəsindən
nəmli xatirəsi canlandı
ata da uçmuşdu qusa-qusa
izini itirmişdi o da
hüceyrələri yayılmışdı kosmosa
agzından çıxan iki damla göz yaşı
xatırlatdı qəmli yağışı
gəmi fəzada
planetidə qalıb arxada
geridə qoyduğu insanlar 
onlar ölümə məhkumdular
ancaq kosmonavtlar yaşayacaq...