Paulo Coelho |
The Story of the Pencil
(Tərcümə)
Cavan oğlan nənəsini məktub yazarkən izləyirdi, O soruşdu:
-Sən mənim haqqımda yazirsan?
Yaşlı qadın yazmağı dayandırdı, nəvəsinə:
-Yazdığım sənin haqqındadır, əslində, sozlərdən daha vacib olan istifadə etdiyim karandaşımdır. Ümid edirəm ki, böyüyəndə sən bu karandaş kimi olacaqsan.
Oğlan karandaşa baxdı, onda xüsusi bir şey yox idi.
-Amma, bunun digər gördüyüm karandaşlardan heç bir fərqi yoxdur.
-Bu sənin necə baxmağından asılıdır. Bu karandaşın beş üstünlüyü var. Əgər sən onlardan istifadə edə bilsən həyatda xoşbəxt ola bilərsən.
-Birinci üstünlük: Sən boyük şeylər etməyə qadirsən, ancaq heç vaxt sənə addımlarında bələdçilik edən əli untmamalısan. Bu Tanrının əlidir və o həmişə onun buyurduğu kimi hərəkət ddəcəmyə kömək edir.
-İkinci Üstünlük: indi və sonra, mən yazmağı dayandıracam və çırtandan isifadə edəcəm. Bu təbii ki, karandaşa əziyyət verir, ancaq sonra o daha itiuclu olur. Beləki sən ağrı və kədərə dözməyi öyrənməlisən, çünki bu səni daha mükəmməl insan edər.
-Üçüncü üstünlük: karandaşdan istifadə edərək sən etdiyin səhvləri düzəldə bilərsən. Bu o deməkdir ki, etdiyin səhvi düzəltmək, üzr istəmək heç vaxt gec deyil, bu bizi ədalətli yolda olmağımıza kömək edir.
-Dördüncü üstünlük: Bu karandaşın yaxşı yazması xaricinin nədən düzəldildiyindən yox içərisindəki qrafitdən asılıdır. Beləki həmişə içindəkilərə daha çox fikir verməlisən.
-Sonuncu, karandaşın beşinci üstünlüyü: həmişə özündən sonra iz buraxmasıdır. Elə karandaş kimi sənin də etdiyin hərəkətlərin həyatında iz buraxdığını bilməlisən. Buna görə də etdiyin hər hərəkəti əvvəlcədən fikirləşməlisən.
Paulo Coelho